Uruqvay millisinin futbolçusu Edinson Kavani Argentina yığması ilə matçda rəqib komandanın kapitanı Lionel Messi ilə aralarında baş verən mübahisəyə aydınlıq gətirib.
Fransanın PSJ klubunun 32 yaşlı forvardı ESPN-ə dəhşətli heç nə baş vermədiyini deyib: “Belə emosiyalar futbolun bir hissəsidir. Xüsusilə Cənubi Amerikada. Buna diqqət etmək istəmirəm. Oyunun nəticəsi önəmlidir. İki qol vurmağımız yaxşıdır. Ancaq yenə də bir sıra çatışmazlıqlar üzərində işləməliyik”.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün 41-ci dəqiqəsində Messiyə qarşı qayda pozuntusu olub. Bundan sonra argentinalı hücumçu Kavani ilə mübahisə edib. O, uruqvaylı oyunçunun matçdan sonra görüşüb məsələni aydınlaşdırmaq çağrışına “istənilən vaxt” söyləyərək cavab verib./report