Bakıda 22 yaşlı qız dəm qazından boğulub

11:32 - 16 Noyabr 2019 - HADİSƏ

Bakıda 22 yaşlı qız faciəvi şəkildə ölüb.

Hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 30-da qeydə alınıb. Həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti