Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın S-400 zenit-raket kompleksindən tamamilə imtina etmək təklifinə cavab verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli lider belə bir fikirdə olmadıqlarını deyib: “Müvafiq şərtlərlə Patriotları da ala bilərik. Ancaq S-400-lərdən tamamilə vaz keçmək kimi fikrimiz yoxdur.
Yunanıstanda da S-300 var, ancaq eyni təklifi rəsmi Afinaya etməyiblər”.