Bakıda yol qəzası olub.
Hadisə Xətai rayonunda, Nobel prospektində qeydə alınıb.
Belə ki, işıqforun tələblərinə əməl etməyən "BMW" və "Toyota" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./report