Türkiyəli müğənni Ebru Gündeş ötən gün İstanbulda dəbdəbəli hotellərin birində baş tutan toy məclisində oxuduğu mahnı ilə diqqətləri öz üzərinə çəkib.
Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, səhnədə hit və dillər əzbəri mahnılarını səsləndirən Ebru sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə məxsus məşhur "Olmaz-olmaz” bəstəsini ifa edib.
Qeyd edək ki, sözügedən mahnı E.Gündeş və digər türk sənətçiləri arasında tez-tez verilişlərdə ifa edilir.