Daşkəsən rayonunda ana və azyaşlı qızı itkin düşüb.
Hadisə noyabrın 5-dən 6-na keçən gecə rayonun Nizami küçəsi, ev 3 ünvanında baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Subra Ellazalıyeva azyaşlı qızı Zeynəbi özü ilə birgə götürərək yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra S.Ellazalıyevanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır./report