Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb - Foto

18:18 - 7 Noyabr 2019 - HADİSƏ

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.
Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür./trend

 


Xəbər xətti