Prezident Musa Yaquba ev verdi

10:33 - 7 Noyabr 2019 - Xəbər

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin özü məlumat  verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:
“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Xəbər xətti