Bakıda erməni mahnısı səsləndirən şəxs saxlanılıb- Rəsmi

11:45 - 6 Noyabr 2019 - Xəbər

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxslər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Xəbər xətti