Oqtay Gülalıyev Türkiyəyə yola salınıb - Foto

10:06 - 6 Noyabr 2019 - Xəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

Ucnoqta.az "Qafqazinfo"-ya istinadən  xəbər verir ki, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq.

Müayinəsi üçün Türkiyədən  dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.


Xəbər xətti