Bakıda avtobus sürücüsünün sərnişinlər tərəfindən döyülməsinin səbəbi bəlli olub.
Ucnoqta.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətindən Oxu.Az-a bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib. Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib.
Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır.