Bərdə rayonunda hərbi sursat "Amminal" partlayıcı vasitəsi partlayıb.
Hadisə Arabaçılar kəndində qeydə alınıb. Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində Məmmədli Məhəmməd Elgiz oğlunun əlində partlayıb. Nəticədə o və həyat yoldaşı (şəxsiyyəti müəyyənləşdirilir - red) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report