Bakıda 28 yaşlı gənc bıçaqlanıb

21:37 - 30 Oktyabr 2019 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan qəsəbəsində 1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat olunub./report

Xəbər xətti