Oğuzda şagird dərs zamanı xəsarət alıb

14:49 - 30 Oktyabr 2019 - HADİSƏ

Oğuzda şagird dərs zamanı xəsarət alıb. 

Hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb. Məktəbin 6-cı sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.

Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir./oxu.az

Xəbər xətti