Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölüb

10:45 - 30 Oktyabr 2019 - HADİSƏ

Qəbələdə baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

APA-nın məlumatına görə, gecə 01:30 radələrində rayonun Mirzəbəyli kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Hidayət Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini, 1996-cı il təvəllüdlü Sərxan Abdullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Xəbər xətti