"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda III turda Kipr APOEL-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. Azərbaycan çempionu qolu da erkən vurub. Komandanın heyətində Dani Kintana fərqlənib. İspaniyalı yarımmüdafiəçi 13-cü dəqiqədə APOEL-i məyus edib. Qoldan sonra da "Qarabağ"ın hücumlarının sayını artırıb. 24-cü dəqiqədə Maksim Medvedevin zərbəsini qapıçı Vid Belets dəf edib. 29-cu dəqiqədə rəqib hesabı bərabərləşdirə bilib. APOEL-in kapitanı Nikolas İoannu başla topu qapıdan keçirib. Birinci hissənin sonlarında qonaq komanda ikinci qolu vurub. 45+1-ci dəqiqədə Linus Hallenius müdafiəçilərin səhvindən yararlanıb. 58-ci dəqiqədə Ailton Silvanın zərbəsindən sonra qola imkan verməyib. Lakin bir dəqiqə keçməmiş cinah müdafiəçisi topu başla rəqib qapısından keçirib və hesabı bərabərləşdirib. Görüşün sonları da Ağdam klubunun hücumları şəraitində keçsə də, hesab dəyişməyib.
Bu nəticədən sonra "Qarabağ" A qrupunda 4-cü, APOEL isə birinci xalını qazanıb.
Qeyd edək ki, komandalar qrup mərhələsinin IV turunda Kiprdə qarşılaşacaqlar. Matç noyabrın 7-də Nikosiyada olacaq./report