Suriya Milli Ordusunun 4 döyüşçüsü həlak olub, 7-si yaralanıb

19:20 - 23 Oktyabr 2019 - DÜNYA

Suriyanın Hələb şəhərinin Azez rayonuna terrorçu PKK/YPG-PYD-nin hücumu nəticəsində Suriya Milli Ordusunun 4 döyüşçüsü şəhid olub, 7-si yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “AHaber” yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Kilis rayonu ilə sərhəddə yerləşən Suriyanın Azez şəhərində baş verib. Terrorçular işğal altında saxladıqları Tel Rıfatdan Azezin cənubundakı Kafar Kalbin və Kafarkaşer rayonlarına keçiblər.

.

Xəbər xətti