Bakıda gənc qızı avtomobil vurub

22:00 - 21 Oktyabr 2019 - HADİSƏ

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Nəsirzadə Nərmin Mirzə qızı yolu keçərkən onu “Toyota Prado” markalı avtomobil vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti