Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub

22:18 - 17 Oktyabr 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə Yasamal rayonu "20 Yanvar metrostansiyası" yaxınlığında qeydə alınıb. Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb./report

Xəbər xətti