Taksi sürücüsü sərnişini kürəyindən bıçaqlayıb maşından atdı: Sonra da qarət edib qaçdı

15:05 - 17 Oktyabr 2019 - HADİSƏ

Rusiyanın paytaxtı Moskva şəhərində sərnişini bıçaqlayıb qarət edən taksi sürücüsü saxlanılıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Testovski küçəsində baş verib. Məlumata görə, taksi sürücüsü naməlum səbəblərdən sərnişinlə mübahisə edib, bir müddətdən sonra mübahisə davaya çevrilib. Qəzəbli sürücü yanında gəzdirdiyi bıçaqla şəxsin kürəyinə zərbə endirərək onu maşından yerə atıb və 2 min avrosunu götürərək oradan uzaqlaşıb.

Ətrafda olan insanlar dərhal səhiyyə briqadalarına zəng vurublar. Yaralı hadisə yerinə gələn “təcili tibbi yardım” briqadasının əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Bildirilir ki, zərərçəkmiş paytaxtda səhmdar cəmiyyətlərin birində baş direktorun müavini vəzifəsində çalışır.

Polisin apardığı əməliyyat-axtarış təbirləri nəticəsində hadisəni törədən sürücü yaxalanıb. Araşdırmalar aparılır.

 

Namiq Musayev

Xəbər xətti