Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı yıxılaraq ölüb

13:30 - 17 Oktyabr 2019 - HADİSƏ

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı ölüb. 

Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılaraq ağır bədən xəsarətləri alıb. O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunsa da, ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti