Balakəndə 1 ton qarğıdalı və 1 ton xurma yanıb

09:09 - 17 Oktyabr 2019 - HADİSƏ

Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 60 m² sahədə, içərisində 1 ton qarğıdalı və taxta yeşiklərə yığılan 1 ton xurma yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti