Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə Qazqulu kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər - İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır./report