İran tankerinə hücumdan sonra neft qiymətləri artıb

23:30 - 11 Oktyabr 2019 - DÜNYA

Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.

Dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib. Belə ki, "Brent" markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, "Light" markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.

Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib./trend

Xəbər xətti