Səhiyyə Nazirliyi: “Binə”də baş verən yanğında 4 nəfər tüstüdən boğulub"

08:46 - 8 Oktyabr 2019 - Xəbər

Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub: "Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Xəbər xətti