Salyanda 3 yaşlı uşağı avtomobil vurub

22:42 - 15 Sentyabr 2019 - HADİSƏ

Salyanda azyaşlının xəsarət almasıilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, rayonun Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı xalasının nəzarətindən çıxaraq küçəyə qaçıb. Elə bu zaman hərəkətdə olan “QAZ-31” markalı avtomobil azyaşlını vurub. L.Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti