Tbilisidə ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir.
“Report” xəbər verir ki, aksiyanı Vətənpərvərlər Alyansı Partiyası (VAP) təşkil edib. Aksiyaçılar səfirliyin qarşısındakı yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya sentyabrın 10-da Tbilisidə Makkeyn İnstitutunun təşkilatçılığı ilə baş tutan “İndi nə?” beynəlxalq konfransında baş verən insidentlə bağlıdır. Həmin gün VAP-ın deputatı İrma İnaşvili və Makkeyn İnstitutunun nümayəndəsi David Kramer arasında mübahisə yaşanıb. İ.İnaşvili tədbirdə ona çıxış üçün söz verilməməsinə etiraz edib. D.Kramer İ.İnaşvilini konfransın keçirildiyi binanı tərk etməyə çağırıb. D.Kramer gürcü deputatın konfransa zorla soxulmasını kobudluq adlandırıb.
Qeyd edək ki, sentyabrın 12-də VAP-ın Gənclər təşkilatının üzvləri D.Kramerin Gürcüstanda “arzuolummaz şəxs” elan edilməsi tələbi ilə ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya təşkil edib.