Prezident İlham Əliyev iki ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib- Foto

14:02 - 14 Sentyabr 2019 - Xəbər

Prezident İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini də qəbul edib.


Xəbər xətti