Bakıda "BMW" "Ford"la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO

12:30 - 14 Sentyabr 2019 - HADİSƏ

Hadisə nəticəsində sürücülər yaralanıb

Aeroport yolunda baş verən dəhşətli qəza kameraya düşüb. Ucnoqta.az xəbər verir ki, “BMW” markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa dəyir. Bu zaman “Ford” hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılır. Ardınca isə bir neçə dəfə çevrilərək aşır. Eyni zamanda “BMW” də digər dəmir arakəsməyə dəyir. Hadisə nəticəsində hər iki sürücü yaralanır. “Ford”un daşıdığı yük isə yola səpələnir.

Qəza baş verən an özünü itirən "Mini" markalı avtomobilin sürücüsü isə digər maşına çırpılıb.
Görüntüləri təqdim edirik:

Xəbər xətti