Qubadan Bakıya yük gətirən avtomobil qəzaya uğrayıb - Video

21:33 - 12 Sentyabr 2019 - HADİSƏ

Bakı-Quba yolunda yol qəzası baş verib. 

Qubadan Bakıya pomidor və bibər gətirən "Ford" markalı yük maşını beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti