Bakıda 41 yaşlı kişi dişini çəkdrirərkən öldü

19:15 - 12 Sentyabr 2019 - HADİSƏ

Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib.

1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib. A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti  iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq./Virtualaz.org

Xəbər xətti