Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.
"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə "KUNA" agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu səbəbdən ABŞ prezidenti Donald Trampla nəzərdə tutulan görüş də təxirə salınıb.
Bildirilib ki, lidelər arasında görüş 12 sentyabr tarixində planlaşdırılırdı.
ABŞ Prezidentinin mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, tərəflər Yaxın Şərq bölgəsindəki vəziyyəti, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkdilər.
İki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.