Avropa Miladı müharibəsiz qeyd edəcək - Orban

00:10 - 23 Dekabr 2025 - DÜNYA

Avropa Miladı müharibəsiz qeyd edə biləcək, amma müharibə təhlükəsi keçməyib, çünki onu Rusiya ilə birbaşa qarşıdurmaya sürükləmək istəyən siyasətçilər var.

Ucnoqta.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor OrbanTV2-də bildirib.

O, hesab edir ki, bunu, xüsusən də 18-19 dekabr tarixlərində Brüsseldə keçirilən son Aİ sammitinin nəticələri sübut edir.

İclas iştirakçıları, Macarıstan, Slovakiya və Çexiya istisna olmaqla, Ukraynaya Rusiyaya qarşı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün iki il ərzində 90 milyard avro faizsiz kredit vermək qərarına gəliblər.

Orban hesab edir ki, bu addım Ukrayna münaqişəsinin kəskinləşməsinə səbəb olacaq və Aİ ölkələri ilə Rusiya arasında birbaşa toqquşma riskini artıracaq. "Biz müharibəyə o qədər yaxınıq ki, Macarıstan ictimaiyyəti bunu təsəvvür belə edə bilmir", - baş nazir qeyd edib.

Xəbər xətti