“Sherlock Park”da saxlanılan quşlar təhvil verildi - FOTO

11:50 - 22 Dekabr 2025 - Cəmiyyət

Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A, m.1A ünvanında yerləşən, fiziki şəxs Bədirli Zümrüd Mürvət qızına məxsus “Sherlock Park” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.

Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (2 ədəd xoruz, 2 ədəd lal ördək və 1 hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.

Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s) satışının həyata keçirilmədiyini, instaqram səhifəsində müştəri cəlb etmək məqsədilə reklam edildiyini bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

Xəbər xətti