"Qiymətlər, artan vergi, cərimələr..."

18:45 - 22 Dekabr 2025 - MAQAZİN

Aktrisa Pərvin Abıyeva aktyor Sərxan Kərəmoğlunun qiymət artımı ilə bağlı şikayətinə biganə qalmayıb.

Ucnoqta.az xəbər verir ki, aktrisa fikirlərini sosial şəbəkədə bölüşüb:

"Qiymətlər, artan vergi, cərimələr və sair... Xalqı düşünən yoxdur, hamı öz cibini düşünür. Az maaş alan insanları, soyuqda küçə süpürən qadınları düşünən yoxdur. Niyə olsun ki... Dəlidirlər? Elə hazır özlərini düşünsünlər də... Hamıya onlar kimi dananın biri bütöv getmir ki".

Qeyd edək ki, Sərxan Kərəmoğlu videoaçıqlama yayaraq bahalaşmadan gileylənib:

"Ət bahalaşdı, o bahalaş, bu bahalaşdı, amma dərdimiz kim kimə nə dedi, nə eşitdi? Kim harada doğdu, kimdən doğdu və ya niyə hamilə qaldı. Bunlardırmı bizim problemlər? Allah şahidim olsun ki, 2 dekabrdan mən bu problemi TikTok platformasından dəfələrcə səslənmişəm. Amma nə fayda?".///Musavat.com

Xəbər xətti