"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".
Bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra söyləyib.
- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?
- Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.
- Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?
- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.
- Uels sizi nə iləsə təəccübləndirdi?
- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.
- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?
- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.
- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.
- Rəqib mənə toxunmamışdı.
- Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?
- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.
/report