Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.
Bu barədə Misirin "Masravi" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.
Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib./report