“APOEL”- “Ayaks” oyunu Kiprdə qolsuz yekunlaşdı

09:53 - 21 Avqust 2019 - İDMAN

UEFA Çempionlar Liqası təsnifatının pley-off mərhələsində “Qarabağ”ı yarışdan kənarlaşdıran Kiprin “APOEL” klubu öz meydanında Hollandiyanın “Ayaks” komandasını qəbul edib.

Oxu.Az xəbər verir ki, 2 həftə öncə “Qarabağ”ın iki top vurduğu qapılara Hollandiya təmsilçisi yol tapa bilməyib. “Ayaks”ın bütün səylərinə baxmayaraq oyun qolsuz heç-heçə ilə yekunlaşıb (0:0).

Bundan əlavə, 80-ci dəqiqədə qonaqların mərakeşli yarımmüdafiəçisi Nussayr Mazraui iki sarı vərəqə alaraq meydandan qovulub.
“Ayaks”ın məşhur vingeri Kvinsi Promes zədə ucbatından görüşdə iştirak etməyib.

Qarşılaşmanın cavab oyunu avqustun 28-də Amsterdamda keçiriləcək.

Xəbər xətti