“Mançester Yunayted” “Çelsi”ni darmadağın edib

22:49 - 11 Avqust 2019 - İDMAN

İngiltərə Premyer Liqasında ilk tuta yekun vurulub.

Turun son oyun günündə 3 matç keçirilib. “Lester”lə “Vulverhempton”un görüşündə azarkeşlər qol görməyib. “Arsenal” səfərdə “Nyukasl”ı bir qolla məğlub edib.

Turun mərkəzi görüşü “Old Trafford”da baş tutub. “Mançester Yunayted” “Çelsi”ni qəbul edib. Meydan sahibləri London təmsilçisinin baş məşqçisi Frenk Lempardın debütünü “korlayıblar” – 4:0.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 17-19-da keçiriləcək.

İngiltərə Premyer Liqası

I tur

11 avqust

“Lester” – “Vulverhempton” – 0:0

“Nyukasl” – “Arsenal” – 0:1

Obameyanq, 58 “Mançester

Yunayted” – “Çelsi” – 4:0

Reşford, 18 (pen.), 67, Marsial, 65, Ceyms, 81
/Apa

Xəbər xətti