Messi üç ay müddətinə diskvalifikasiya olunub

10:55 - 3 Avqust 2019 - İDMAN

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının forvardı Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar verib.

RBC  xəbər verir ki, futbolçunun cəza müddəti noyabrın 3-də başa çatacaq. Bu isə Messinin milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşlərini buraxmalı olacağı deməkdir.

Diskvalifikasiya ilə yanaşı, Messi, həmçinin 50 min dollar məbləğində cərimə ödəməlidir.
Xatırladaq ki, CONMEBOL-a səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını tənqid etməsi olub. Argentinalı oyunçu  məmurları ev sahibi olan komandanın qalib gəlməsi üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Sözlərinə dəlil kimi isə, o, Serhio Aquero və Nokolas Otamendiyə qarşı olan qayda pozuntusuna görə iki penaltinin təyin edilməməsini gətirib./oxu.az

Xəbər xətti