"Qəbələ" məğlub oldu

21:02 - 25 İyul 2019 - İDMAN

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

 Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verib. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib. Bu, 2019/20 mövsümündən daha çox öz akademiyasının yetirmələrinə yer verəcək yenilənmiş "Qəbələ"nin ilk oyunu idi. Komandanın bugünkü çıxışı həm də bu fakta görə maraq doğururdu.

Qarşılaşma Gürcüstan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

25 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 0:2 
Qol: Levani Kutalia, 41, Arfanq Daffe, 87 
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu
/qol.az

Xəbər xətti