FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisinin mövqeyi dəyişib. Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib. Komanda hazırda Bəhreynlə eyni miqdarda - 1188 xalla 109-cu yerdədir. Bu irəliləyiş Zimbabvenin 3 pillə geriləməsi sayəsində gerçəkləşib.
Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən yalnız Slovakiyanın movqeyi dəyişməz qalıb. Komanda 1491 xalla 31-cidir.
Digər üç komanda - Xorvatiya, Uels və Macarıstan isə siyahıda geriləyiblər. Mövqeyini 1 pillə itirən Xorvatiya 1625 xalla 7-ci, Uels 1514 xalla 24-cü, 3 pillə enən Macarıstan isə 442 xalla 45-cı yerə düşüb.
FIFA reytinqinə yenə Belçika millisi başçılıq edir. Bu komandanın aktivində 1746 xal var. Siyahıda ikinci və üçüncü yerləri sahibləri dəyişib. Son dünya çempionu Fransa (1718 xal) 3-cü pilləyə düşüb, Braziliya (1726 xal) isə irəliləyərək 2-ci yerə sahib çıxıb./report