Azərbaycan EYOF-da ilk medallarını qazandı
16:26 - 21 İyul 2019 - İDMAN
Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.
Yunan-Roma gəlişində Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə qalib gəlib və görüş vaxtından tez başa çatıb.
Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.
Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.
55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.
Xatırladaq ki, bu gün iki sərbəst güləşçimiz də qızıl medal qazana bilər.