Bədbəxt hadisə - Ana bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı

18:35 - 17 İyul 2019 - HADİSƏ

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Nəsimi Rayon Polis İdarəsindən  verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il doğumlu Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib./oxu.az

Xəbər xətti