Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlandı

21:14 - 16 İyul 2019 - HADİSƏ

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənov Murad Yaşar oğluna küçədə naməlum şəxs tərəfindən 2 bıçaq zərbəsi vurulub.
Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyən edilir./trend

Xəbər xətti