Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
İlk oyun günündə 8 qarşılaşma təşkil olunacaq. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Qazaxıstan “Astana”sı Rumıniya təmsilçisi ÇFR-i qəbul edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)
18:00. “Ararat” (Ermənistan) - AIK (İsveç)
20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)
20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)
21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya)
22:00. “Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta)
22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)
22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo)
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq./report