İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirməyə hazırdır.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Möhsün Rezayi deyib. O bildirib ki, Böyük Britaniya Tehrana məxsus olan “Grace 1” tankerini qaytarmayanadək İran eyni addımı ata bilər.
Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Cəbəllüttariq boğazında İran neftini Suriyaya daşıyan tankeri ələ keçirib./trend