Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İran:</b></font> Biz də Britaniya gəmisini ələ keçirəcəyik

16:46 - 5 İyul 2019 tarixində dərc olunub.

İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirməyə hazırdır.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Möhsün Rezayi deyib. O bildirib ki, Böyük Britaniya Tehrana məxsus olan “Grace 1” tankerini qaytarmayanadək İran eyni addımı ata bilər.

Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Cəbəllüttariq boğazında İran neftini Suriyaya daşıyan tankeri ələ keçirib./trend

Müəllif: