"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu islandiyalı hakimlərə tapşırılıb

14:27 - 5 İyul 2019 - İDMAN

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyada keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.


“Report” xəbər verir ki, mayın 10-da paytaxt Tiranada baş tutacaq matçı islandiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Torvaldür Arnasondur. Yohann Qunnar Qudmundssonla Andri Vigfusson yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim isə Pyotr Qudmundsson olacaq.

Ədalət təmsilçilərinin işinə avstriyalı hakim-inspektor Konrad Plautz qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Tammo Beishuizendir. 

Xəbər xətti