Ramil Şeydayev Moskva klubu ilə müqavilə bağlayıb

17:56 - 2 İyul 2019 - İDMAN

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna keçib.

“Report” klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.

Xəbər xətti